Azərbaycanda yeni zavod tikiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |    

Azərbaycanda yeni zavod tikiləcək

Azərbaycanda 2022-ci ilədək qaz emalı zavodu tikmək planlaşdırılır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu "BM Morison Partners"in idarəedici tərəfdaşı Ayxan Əsədov SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

Onun sözlərinə görə, layihələndirmə-mühəndis işləri artıq başa çatıb, bu il zavodun tikintisinə başlamaq nəzərdə tutulur.

A.Əsədov qeyd edib ki, Azərbaycanda daha əvvəl vahid neft-qaz emalı kompleksi tikmək planlaşdırılsa da, neft qiymətlərinin azalması ilə əlaqədar plan dəyişdi:

"Layihəni 2017-2020-ci illərdə reallaşdırmaq nəzərdə tutulurdu. Kompleks dörd hissədən ibarət olmalı idi - qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və elektrik stansiyası".

O bildirib ki, əsas dəyişikliklər neft emalı sahəsində qeydə alınıb. Yeni zavodun tikintisi əvəzinə diqqət Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsinə ayrılıb:

"2020-ci ilin noyabrına kimi zavodda 3,3 milyon ton dizel, 2021-ci ilin fevralınadək isə 2,2 milyon ton benzin istehsal etmək planlaşdırılır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 436 23.04.19 20:46