Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə şəhər ərazisində 4 avtomobildən sənəd, pul və mobil telefon oğurlayan, habelə bir avtomobilin yan şüşəsini sındıran Abşeron rayon sakinləri S.İsmayılov və N.Əlibəyov saxlanılıblar.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.