Əgər üç gün hava soyuq olsa, vəziyyət kökündən dəyişə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |    

Əgər üç gün hava soyuq olsa, vəziyyət kökündən dəyişə bilər

Azərbaycanda istilik mövsümü başa çatıb və istilik batareyaları dərhal soyuyub. Hava isə bütün ölkə ərazisində, eləcə də Bakıda nəzərəçarpacaq dərəcədə pisləşib. Paytaxt sakinləri isinmək üçün digər üsullar axtarmağa məcbur olublar.

Median.Az
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, aprelin 19-dan başlayaraq Bakıda hərarətölçən cihazlar (termometr) istiliyin 15 dərəcədən 9 dərəcəyə düşdüyünü göstərir və son günlər havanın hərarəti aşağı düşməkdə davam edir.

Meteoroloqların məlumatına görə, aprelin 22-də paytaxtda havanın temperaturu 8-10 dərəcə arasında dəyişib. Dağ rayonlarında isə temperatur sıfırdan yüksəkdir və beş dərəcədən yuxarı qalxmır.

Soyuqların qayıtması Bakının bir çox sakinlərinin mərkəzi istilik sisteminin söndürülməsi ilə bağlı şikayətlərini artırıb. Çünki istilik sistemləri işləmədiyindən mənzillər dərhal soyuyub və sakinlər köməkçi qızdırıcı cihazlardan - qaz sobalarından, elektrik qızdırıcılarından və kondisionerlərdən istifadə etmək məcburiyyətində qalıb.

Yaranmış vəziyyətlə bağlı Sputnik Azərbaycan-ın redaksiyası Azəristiliktəchizat ASC-nin İstilik Təchizatı Xidməti ilə əlaqə yaradıb. Sualları ASC-nin mətbuat katibi Rafiq Əliyev cavablandırıb.

O qeyd edib ki, Azərbaycan ərazisində istilik mövsümü uzun illər iqlim dəyişiklikləri müşahidə ediləndən sonra müəyyən edilib. Praktiki olaraq bütün respublika üzrə istilik mövsümü noyabrın 15-dən aprelin 15-dək davam edir. Dağlıq rayonlarda isə istilik mövsümü aprelin 30-dəkdir.

"Aprel ayı bütövlükdə isti keçib, yalnız son günlər hava soyuyub. Lakin bu istilik mövsümünü uzadacaq qədər də kritik hava deyil. Bu məsələyə yalnız o halda baxıla bilər ki, havanın orta sutkalıq temperaturu üç gün ərzində davamlı olaraq 5-8 dərəcə olsun" - deyə "Azəristiliktəchizat" ASC-nin nümayəndəsi bildirib.

O xatırladıb ki, Azərbaycanda istilik mövsümü planlaşdırıldığından tez başlayıb. Əvvəlcədən razılaşma əsasında xəstəxana və internatlara istilik 2018-ci ilin oktyabrından başlayaraq verilib. Buna görə də, idarələr istilik mövsümünü uzatmaq istəsələr, Azəristiliktəchizat ASC-yə müraciət edə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 094 22.04.19 23:00