Bərdədə daha bir körpə ölümü » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |    

Bərdədə daha bir körpə ölümü

Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, rayonun Muğanlı kənd sakini, 1979-ci il təvəllüdlü Bəşirova Vüsalə Novruz qızı “vaxtından əvvəl cərrahiyyə doğuşu” diaqnozu ilə doğum evinə daxil olub.

Doğulan körpə doğum evində ölüb.

Hadisə ilə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Tünzalə Quliyeva bildirib ki, V.Bəşirova beşinci hamiləliyi ilə doğum şöbəsinə daxil olub. 34-35 həftəlik olan uşaq ana bətnində ölü olub.

Qadının vəziyyəti ağır olduğundan təcili əməliyyat olunaraq uşaq ana bətnindən götürülüb. Əməliyyatdan əvvəl qadın müayinə edilib, məlum olub ki, uşağın ürək döyüntüləri yoxdur.

Şöbə müdiri T.Quliyeva onu da qeyd edib ki, qadın beş dəfə hamiləlik dövrü yaşasa da, yalnız bir uşağı var. Digər hamiləlik dövründə də qadının uşaqları ana bətnində ölüb. V.Bəşirova hamilə qadın kimi rayon mərkəzi xəstəxanasının doğum məsləhətxanasında qeydiyyatdan keçməyib. Həkim müayinəsi və müalicəsi aparılmayıb.

Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü tez-tez təkrarlanır. Fevral, mart və aprel aylarında orada 10 uşaq vəfat edib.

Xatırladaq ki, bundan öncə Bərdə və Sumqayıtda da yeni doğulan körpə ölümü qeydə alınmışdı. Bu gün İmişlidə bir, Sabirabadda isə əkiz körpələrin doğuşdan sonra ölməsi barədə xəbər yayılmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 358 22.04.19 20:43