Aprelin 18-də saat 20:00 radələrində Xətai rayonu Araz Novruzov və Qafqaz küçələrinin kəsişməsindəki məişət tullantıları konteynerində naməlum səbəbdən yanğın baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, yanğın zamanı külək nəticəsində alov 58 nömrəli tam orta məktəbin həyətindəki 2 ədəd şam ağacına sıçrayıb və şam ağaclarında yanğın baş verib.
Məktəbin gecə gözətçisi dərhal FHN-in Yanğından Mühafizə İdarəsinə məlumat verib.
Yanğın söndürülüb, məktəbin binasına zərər dəyməyib və xəsarət alan olmayıb.