“Şahdağ. Dağların şahı” sənədli filminin təqdimatı olub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |    

“Şahdağ. Dağların şahı” sənədli filminin təqdimatı olub - FOTO

Aprelin 17-də Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Ekran əsərinin təqdimatından əvvəl qonaqlar “Şahdağ. Dağların şahı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

Sonra yeni yaradılmış Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərilib.

Mərasimdə çıxış edən İqor Bışnyov “Şahdağ. Dağların şahı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, filmin altı il müddətdə davam edən çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

İqor Bışnyov Azərbaycanda ekoturizmin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Filmdə Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yaradılmasının məqsədi, burada məskunlaşan və 108-i Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş fauna növləri, endemik və nəsli kəsilməkdə olan digər növlər və transsərhəd köçəri heyvanlar, ərazi üçün xarakterik olan müxtəlif flora növləri, böyük və əzəmətli qalaya bənzərliyi ilə insanı heyrətə gətirən Şahdağın landşaftı, ərazidə mövcud olan qlobal əhəmiyyətli dağ meşələri haqqında bəhs edilir.

IDEA-nın sözügedən layihəsi çərçivəsində 2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə "Quşlar cənnəti - Ağgöl Milli Parkı" və "Göygöl Milli Parkı", 2017-ci ildə "Azərbaycan. Ceyranların xilası”, ötən il isə "Abşeron Milli Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Şahdağ. Dağların şahı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin İctimai Birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, “Şahdağ. Dağların şahı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratmağında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 858 18.04.19 11:24