Bakıda dənizdən gənc qızın meyiti tapıldı – FOTO (18+) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda dənizdən gənc qızın meyiti tapıldı – FOTO (18+)

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Tropikanka” çimərliyinin ərazisində naməlum qadın meyiti tapıb.

Bu barədə Polis İdarəsindən məlumat verilib.

Aprelin 17-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları sudan şəxsiyyəti indiyə kimi müəyyən edilməmiş qadın meyiti çıxarıb. Onun intihar etdiyini ehtimal edilir.

Polis əməkdaşları vətəndaşlara müraciət edərək, qadının kimliyini müəyyən etməkdə köməklik göstərməyi xahiş edir. Şəkildəki qadını tanıyanların Su Nəqliyyatında Polis İdarəsinin +(99450) 200-58-08 əlaqə nömrəsinə zəng vurmaları xahiş olunur:

Qadının əlamətləri: 25-35 yaşlarında, boyu 158-159 sm, saçları qara, gözləri qonur. Kriminalistlər qadında 16 qızıl dişin (səkkiz yuxarıda, səkkiz aşağıda) olduğunu bildirir. Əynində idman üslublu triko, qara uzunboğaz sviter, qırmızı baletka-tufli var.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 961 17.04.19 15:57