Ancelina Coli və Bred Pitt boşandı - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ancelina Coli və Bred Pitt boşandı - FOTO + VİDEO

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt rəsmən boşanıblar.

Rəsmi sənədləri əldə edən “The Blast” portalı bu barədə məlumat yayıb.

Məhkəmə aktyorların irəli sürdükləri “subay”lıq statusunu 12 aprel tarixindən bərpa edib. Qərara əsasən, cütlük rəsmən boşansalar da, onlar razılıq əsasında uşaqlara himayədarlıq edə bilərlər və əmlaklarını birlikdə bölə bilərlər. Bu prosess hələ bir neçə ay sürəcək.




A.Coli və B.Pitt aralarında yaşanan gərginliyə görə razılaşmadan əvvəl boşanma prosesini sona çatdırmaq qərarına gəliblər.

Qeyd edək ki, onlar 2005-ci ildə “Mister və Missis Smit” filminin çəkilişində tanış olublar. Tezliklə ulduzların Şaylo adında qız övladları, 2008-ci ildə isə əkizləri dünyaya gəlib.




Onlar 2014-cü ilin avqust ayında Fransanın Miraval qəsrində evləniblər. Cütlük ayrı-ayrı vaxtlarda daha üç uşağı övladlığa götürüblər.




2016-ci ilin sentyabr ayında cütlük ayrılmaq üçün məhkəməyə müraciət edib. A.Colinin bu addımı atmasının başlıca səbəbi B.Pittin uşaqları düzgün tərbiyə etməməsindən irəli gəlib. Aktrisa uşaqlarına tək himayədarlıq etmək istəyib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 424 15.04.19 12:19