Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Əlcəzairdə polislə nümayişçilər arasında toqquşma olub

Əlcəzairin paytaxtında polislə nümayişçilər arasında toqquşma olub.

“Report” “TRTWorld”a istinadən xəbər verir ki, qarşıdurma demokratiya uğrunda hərəkatın rəmzi kimi qəbul olunan Mərkəzi Poçt İdarəsinin yaxınlığında qeydə alınıb.

Polis əməkdaşları onlara daş atan nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə ediblər. Eyni zamanda paytaxtdakı bulvarlar bağlanılıb, şəhərin giriş-çıxışlarında avtomobillər yoxlanılır.

Xatırladaq ki, Əlcəzairin paytaxtında və başqa iri şəhərlərdə kütləvi nümayişlər davam edir. Mitinq iştirakçıları ölkəni 20 il ərzində idarə etmiş eks-prezident Əbdüləziz Buteflikanın istefasına qane olmadıqlarını, köklü siyasi islahatlar tələb etdiklərini, hazırkı müvəqqəti dövlət başçısı Əbdülqədir bin Salehin də köhnə rejimin bir parçası olduğunu bildirirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 886 12.04.19 21:26