Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərin birindən 9200 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini S.Həsənova saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.