Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ehtiram Şərifov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il noyabrın 17-də Xəzər rayonun Şüvəlan qəsəbəsində, Ehtiram Şərifov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək, hadisə yerini tərk edib. Nəticədə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan zərərçəkmiş orada ölüb.
Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Şərifov saxlanılıb, ondan müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş "İJ" markalı tüfəng götürülüb. Araşırma zamanı, mərhumun “Cabir-012” adı ilə tanınmış "avtoş" olması məlum olub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Iş üzrə baxış aprelin 15-nə təyin edilib.