Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində bu il yanvarın 3-dən aprelin 5-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, bankomat kartı və mobil telefon oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Kələfiyev saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.