Xəzəri çirkləndirən məşhur istirahət mərkəzləri açıqlandı - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Xəzəri çirkləndirən məşhur istirahət mərkəzləri açıqlandı - SİYAHI

Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O, Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin də adlarını sadalayıb:

“Şimal bölgəsində “Qafqaz” konserv zavodunda, “Sunset”, “Məkan”, “Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında “Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə “Beluqa”, “Xəzər palace”, “Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur.

Bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular, ümumiyyətlə, mövcud deyil. Yaxşı olardı ki, belə müəssisələr müasir tələblərə cavab verən təmizləyici qurğular quraşdıraraq Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar və həm də təmizlənmiş suyu texniki məqsədlər üçün təkrar istifadəyə yönəldərək suya qənaət edilməsində nümunə göstərsinlər.

Monitorinqlərin nəticələrinə əsasən, ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 205 08.04.19 11:56