Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də rayon ərazisindəki evdən 2 ədəd televizor, qaz sobası və ətçəkən maşın oğurlayan Abşeron rayon sakini R.Fərmanov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları tərəfindən aprelin 4-də rayon ərazisindəki marketldən 44 manat dəyərində şirniyyat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılıb. Araşdırma zamanı, onun Nəsimi RPİ tərəfindən axtarışda olması
məlum olub.
Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən martın 21-də rayon ərazisindəki aptekdən pul oğurlayan 2 yeniyetmə saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.