Xanım sürücünün avtomobilinə oğrular girdi, qızılları oğurlandı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |    

Xanım sürücünün avtomobilinə oğrular girdi, qızılları oğurlandı - VİDEO

Bakının Yasamal rayonunda avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Rayonun Mirəli Seyidov küçəsində naməlum şəxs və ya şəxslər Məmmədova Səidə Rəşid qızına məxsus “Subaru” markalı avtomobili qarət edib.


Oğrular avtomobilin sol arxa şüşəsini sındıraraq içərisində xeyli miqdarda pul, qızıl-zinət əşyaları və sənədlər olan çantanı oğurlayıblar.

Səidə Məmmədova oğurluq hadisəsindən bir müddət əvvəl ərazidə üzlərində maska olan naməlum şəxslərin dolaşdığını deyir. Zərərçəkmiş bu cür oğurluq hadisələrinin son zamanlar çoxaldığını bildirir.

Səidə Məmmədova hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 516 05.04.19 11:58