Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - AÇIQLAMA + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |    

Diaspor binasında Azərbaycan bayrağı tərsinə asıldı - AÇIQLAMA + FOTO

Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin qərargahının inzibati binasında Azərbaycan bayrağı tərsinə asılıb.

Bununla bağlı məlumatı jurnalist Toğrul Allahverdili sosial şəbəkədə paylaşıb.

Görüntüdən bayrağın, həqiqətən, tərsinə asıldığı aşkar görünür.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məsələdən xəbərdar olduqlarını bildirib:

“Ukraynanın əksər vilayətlərində UABD-nın nümayəndəliklərinin qərargahları var. Bu, təşkilatımızın Jitomir vilayətindəki ofisimizin qarşısıdır. Jitomir vilayəti üzrə UBAD sədri Rac Qasımovla bu məsələ barədə danışdıq.

O bildirdi ki, bayraqlar köhnəldiyindən yeniləri ilə əvəz edilib. Bayraqları hazırlayan şirkət isə onu tərsinə asıb. Bir saat ərzində bayraqlar dəyişdiriləcək”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 244 03.04.19 18:15