Yol Polisi Bakının mərkəzindəki dəhşətli qəzanın - təfərrüatlarını açıqladı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Yol Polisi Bakının mərkəzindəki dəhşətli qəzanın - təfərrüatlarını açıqladı (VİDEO)

Bakı şəhər Baş Polis İdarəsi bu gün səhər saatlarında Nəsimi rayonunda baş vermiş yol qəzasının təfərrüatlarını açıqlayıb.


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov SalamNews-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 10:19-da baş verib:

"Rəşid Behbudov küçəsi ilə hərəkət edən "MG" markarlı 90-NV-350 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü, Xətai rayon sakini Əmiraslanov Ramiz Nəcəfqulu oğlu sükan arxasında qəfil ürək tutmasından vəfat edib. Avtomobil hərəkətdə olduğu üçün Şəmsi Bədəlbəyli küçəsində piyada zolağı ilə hərəkət edən pyadaları vuraraq qarşıda Bakubusa məxsusu 5 nömrəli avtobusa çırpılaraq dayanıb. Hadisə zamanı bir xanım piyada yerindəcə həlak olub, 2 nəfər isə ağır yaralanıb".

İdarə rəsmisi həmçinin əlavə edib ki, hadisə ilə bağlı Nəsimi Polis İdarəsində araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 472 02.04.19 12:20