Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |    

Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik

Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişatı asan deyildi.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığması ilə qolsuz heç-heçə başa çatan yoldaşlıq oyunundan sonra bildirib.

Baş məşqçinin sözlərinə görə, oyunda qələbə qazanmaq üçün hər şey ediblər:

“İlk hissədə daha çox qol vurmaq imkanımızı var idi. Biz mümkün olan hər şeyi etdik. Fasilədən sonra əvəzetmələr reallaşdırdıq. Bu da oyunumuza təsir etdi. Rəqibimizdən daha güclü idik. Sadəcə, qol vura bilmədik. Komandadan razıyam”.

Nikola Yurçeviç bildirib ki, əvvəldən istəkləri qələbə olub:

“Bunun komandanın oyununa inam gətirəcəyinə inanırdıq. Amma bizim üçün nəticə ilə bərabər, oyunçuları da görmək vacibdir. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları bir çox vəziyyətlərdə görmək istəyirdik. Təsadüfi deyil ki, Xorvatiya ilə müqayisədə, start heyətində 4 dəyişiklik etmişdik.

Məsələn, bu gün Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludovu da meydana buraxmağı düşünürdüm. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Ona görə də deyirəm ki, çıxışımızdan razı qaldım”.

Mütəxəssis qeyd edib ki, oyunu qazanmaq üçün daha real şanslar var idi:

“Yüz faizlik imkanlarımızın olduğunu da deyərdim. Fasilədən sonra dəyişikliklər və yorğunluq oldu. Pavel Paşayevin komandaya çağırılmamağına gəlincə, o zədəlidir. Əslində, Pavel heyətdə yer alası oyunçudur. Sadəcə, zədəli olduğu üçün oyuna çağırılmadı”.

Nikola Yurçeviç oyunda azarkeşlərin az olmasına da münasibət bildirib:

“Stadionun heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar. Belə olsa, bəlkə də qələbə qazanardıq. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır.

Digər tərəfdən, azarkeş marağını artırmaq üçün pozitiv nəticələr olmalıdır. Məqsədimiz daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək fikrində deyilik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdir. Reallıq fərqli ola bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 333 25.03.19 22:31