“Əcəb edir, günah onu efirə buraxanlardadı” – Rasim Balayev » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Əcəb edir, günah onu efirə buraxanlardadı” – Rasim Balayev

Xalq artisti Rasim Balayev müğənni Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanın təhqir etməsinə cavab verib.

Median.Az
xəbər verir ki, Rasim Balayev Demokrat.az-a açıqlamasında Afət Fərmanqızını “virus” adlandırıb:

“Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kimi gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir”.

Xalq artisti Afət Fərmanqızı kimi şəxslərin efirə buraxılmasına görə telekanal rəhbərlərini günahlandırıb:

“Günah onları efirə buraxan telekanalların rəhbərlərindədir. Sizə bir misal çəkim. Bu yaxınlarda məni telekanallardan birində yayımlanan verilişə çağırmışdılar. Mən onlara etirazımı bildirdim. Dedim ki, mən sizin telekanala gəlmək istəmirəm. Çünki orada çox səviyyəsiz verilişlər verirlər. Həmin adam mənə dedi ki, onların verilişə dəvət edilməsi bizlik deyil, həmin verilişləri prodakşınlar aldığı üçün onları da efirə prodakşın çağırır və sairə. Yəni, bugünki biabırçı reallıq budur. Bu qədər səviyyəsizlik olmaz! Efirlərdə yayımlanan verilişləri prodakşın alır və nə istəyirsə, onu da edir. Axı bu nə qanundur? Efir bu cür yiyəsiz qalıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 935 25.03.19 19:10