Səbail rayonunda polis kapitanı "Mercedes"lə 2 piyadanı vurub - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |     12:12 Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”  |     12:11 Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO  |     12:05 Bakıda 12 yaşlı qızcığaz paltar almaq adı ilə qaçırıldı- DƏHŞƏTLİ FAKTLAR - VİDEO  |     12:02 Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”  |     11:45 Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb  |     11:34 Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib  |     20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |    

Səbail rayonunda polis kapitanı "Mercedes"lə 2 piyadanı vurub - VİDEO

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtomobil yol kənarında iki nəfəri vurub.

Median.Az-ın xəbərinə görə, hadisə 23 mart,saat 23:00 radələrində Bibi Heybət məsçidin yaxınliğında qeydə alınıb.

Şıxov qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan 90-CT-983 dövlət qeydiyyat nişanlı, sürücü Roman Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roma Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Şahidlərin dediyinə görə, hadisəni törədən sürücü sərxoş olub. Qəzadan sonra o, küçədə olan hadisə şahidləri ilə əlbəyaxa dava da edib. Daha sonra hadisə yerindən yayınıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisəni törədən sürücü Roman Hüseynov Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşıdır,polis kapitanıdır.Sürücü məsuliyyətə cəlb olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 453 25.03.19 13:53