"Azərbaycanlıları daha çox evlilik məsələsi maraqlandırır" - Hindistanlı astroloq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

"Azərbaycanlıları daha çox evlilik məsələsi maraqlandırır" - Hindistanlı astroloq

Bharat Buşhan Bhardvaja: "Elə astroloqlar var ki, ələ baxmaqla gələcəyi oxuyur, eləsi də var ki, doğum tarixi və saatını uzlaşdırmaqla gələcək haqda müəyyən məlumatlar verir"

Bu gün bəzi Şərq ölkələrində astrologiya ən çox öyrənilən elmlərdən biridir. Bu elm vasitəsilə insanların talelərini belə, oxumaq mümkündür. Həmsöhbət, hindistanlı astroloq Bharat Buşhan Bhardvaja belə deyir.

Median.Az bildirir ki, 35 ildir ki, bu yolla pul qazanan Bahrdvaja Sputnik Azərbaycan-a müsahibəsində bir sıra məsələlərdən danışıb:

- İlk olaraq istərdim ki, bu elmdən, elmin yaranmasından danışasınız.

- Bu elmin tarixi çox qədimdir. Astrologiya, yaxud da Hindistanda adlandırıldığı kimi, cotic elminin tarixi, təxminən, eramızdan əvvələ gedib çıxır. Hələ qədim dövrlərdə padşahlar başlarına gələcək hadisələri öyrənmək üçün bu cür şəxsləri himayə edirdilər. Astroloqlar isə yaxın hücumlar, bu hücumların nəticələri, bəladan, istiladan xilas olunmanın yolları ilə bağlı öncədən məsləhət verərdilər. Hətta müəyyən səfər və yürüşlərə çıxarkən də padşahlar astroloqlarla məsləhətləşərdilər.

Zamanla bu elmə tələbat daha da artdı. Dildən-dilə keçə-keçə artıq astrologiya haqda müəyyən biliklər formalaşdı. Bu elm haqqında artıq Avropada da bir sıra kitablar yazılıb.


- Bu elm nədən xəbər verə bilir?

- Bu elm çoxşaxəlidir. Yəni ki, burada texnologiya, hava, planetlər, sağlamlıq və digər sahələrlə bağlı proqnozlar vermək mümkündür. Hətta 600 il əvvəl yazılan kitablarda da bu gün və gələcəkdə baş verəcək hadisələrlə bağlı müəyyən proqnozlar vardı. Hələ əsrlər öncə belə, kitablarda təyyarə, maşının kəşfi haqda da yazılırdı. İlk dəfə olaraq 9 planetin olması ilə bağlı Hindistan astroloqu fikir söyləmişdi.

- Bəs, gələcəyi görmək, oxumaq üçün astroloq nəyi bilməlidir?

- Elə astroloqlar var ki, ələ baxmaqla gələcəyi oxuyur. Eləsi də var ki, doğum tarixi və saatını uzlaşdırmaqla gələcək haqda müəyyən məlumatlar verir. Lakin səhiyyə, təhsil sahəsində olduğu kimi bu elmdə də çoxşaxəlilik var. Mən yalnız bizneslə bağlı bir şəxsin doğum tarixi və ilini uzlaşdırmaqla onunla bağlı yaxşı, yaxud da pis nəsə proqnozlaşdıra bilərəm. Yaxud da baş verə biləcək pis hadisədən xilas olunmaq üçün nə etməli olduğunu deyə bilərəm. Bu, fal deyil, ondan, tamamilə fərqlidir. Lakin elə astroloqlar da var ki, yalnız planetlərin hərəkətini izləyir, yaxud da hava ilə bağlı illik proqnozlar verirlər.

- Bu elmi öyrənmək üçün Hindistanda məktəb, institut varmı?

- Artıq astrologiyanı öyrənmək üçün Hindistanda məktəb və institutlar var. Təcrübələr artdıqca astrologiya ilə bağlı biliklər də artır.

- Daha çox hansı ölkələrdə bu elmə maraq var?

- Yaxın Şərq ölkələrində, Hindistanda, Pakistanda bu elmə maraq böyükdür. Hətta son illərdə Rusiya və bəzi Avropa ölkələrində də bu elmə diqqət artıb.

- Ötən il Azərbaycanda "Hindistan Günləri" sərgisində iştirak etdiniz. Azərbaycanda sizə ən çox ünvanlanan suallar nə ilə bağlı idi?

- Azərbaycanlıları daha çox maraqlandıran, qayğılandıran məsələ evlilik və işlə bağlı idi. Ailə qurmuş qadınlar daha çox ailədaxili problemlərə, onun həllinə görə müraciət edirdilər. Subay qızlar isə daha çox nə zaman ailə həyatı qurmaları ilə maraqlanırdılar. Bundan başqa, evli cütlüklər də müraciət edirdilər. Onları daha çox qayğılandıran məsələlərdən biri sonsuzluq idi. Biz analizlərə, nəticələrə baxırdıq və deyirdik ki, bu cütlüyün övladı ola bilər, yaxud da yox. Bu elm elədir ki, nəyinsə baş verəcəyini deyiriksə, deməli olacaq. Bundan başqa evində ağır xəstəsi olanlar da bizə müraciət edib məsləhət alırdılar.

- Bəs, kişiləri ən çox nə maraqlandırırdı?

- Kişilər, əsasən, işlə bağlı müraciət edirdilər. Öyrənmək istəyirdilər ki, gələcəkdə onları nə gözləyir.

- Konkret olaraq təəssüratınız necə oldu: azərbaycanlılar bu elmdən xəbərdardırmı?

- Belə deməzdim. Təəssüflər olsun ki, Azərbaycanda bir çoxları bu elmdən xəbərsizdir. Çünki elmi bilənlər azdır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 23.03.19 18:24