Bakı-Ələt yolunda "Mercedes" aşdı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |    

Bakı-Ələt yolunda "Mercedes" aşdı (VİDEO)

Bu gün səhər Bakı-Ələt yolunda qəza baş verib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Qaradağ rayon Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.


Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və torpaq yolda sürəti yığa bilməyən sürücü maşını aşırıb.

Qəzada xəsarət alanlar təcili tibbi yardım briqadasının köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvüdür. Onlardan 3-ü müayinə olunaraq evə buraxılıb, 1954-cü il təvəllüdlü Həsənova Rəvşəndə isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ortadır.

Xəsarət alanların hamısı Ağcabədi rayon sakinidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 431 23.03.19 16:37