Azərbaycanda qadın evlərindən qızılı oğurlayıb sevgilisinə bağışladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |    

Azərbaycanda qadın evlərindən qızılı oğurlayıb sevgilisinə bağışladı

Qadın öz evindən qızılları götürərək tanışına verib. Sonra isə polisə məlumat verərək oğurlandığını bildirib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb. Rayon sakini Könül Aslanova polisə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb.

Polisin keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını Könül Aslanova özü başqa bir şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

Ağcabədidə digər ogurluq hadisəsi də olub.Rayon sakini Məhruzə Kazımova rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Müəyyən edilib ki, oğurluq hadisəsi rayon sakinləri Roman Əsədov, Röyal Hüseynov və Əlimərdan İsmayılov tərəfindən törədilib.

İstintaq tədbirləri nəticəsində oğurlanan əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 256 23.03.19 14:22