Humay Muxtarova :Azərbaycanda və Rusiyada el şənliklərinə və tədbirlərə dəvət alıram. » Median.Az Агентство новостей

Humay Muxtarova :Azərbaycanda və Rusiyada el şənliklərinə və tədbirlərə dəvət alıram.
Humay Muxtarova :Azərbaycanda və Rusiyada el şənliklərinə və tədbirlərə dəvət alıram.
Müsahibim gənc və istedadlı prodüsser Humay Muxtarovadır.

Humay Muxtarova- prodüsser, toy və tədbir təskilatçısı, xeyriyyəçi və nəhayət gözəl qayğıkeş ana. Ali savadlıyam, Azərbaycan Pedaqoji Universitetini bitirmişəm. İxtisasca müəllimə olsam da bu sənəti davam etdirmədim. Əsas odur ki, ali savadım və ali tərbiyəm var. Mən orta məktəbdə oxuyanda da uşaqlıqdan bütün tədbirlərdə aparıcı və təşkilatçı kimi çox məsuliyyətlə, həvəslə iştirak edirdim. Mən çox xoşbəxtəm ki, istədiyim və sevdiyim sənətdəyəm.

-Şou biznesdə hansı müğənnilərlə çalışmısınız?

-Elvin Abbasovla, müxtəlif toy müğənniləri ilə çalışmısam.

-Siz öz sənətinizdə kimləsə, hansısa mügənniylə rahatliq tapmısınızmı?

-Yox , çox çalışsam da hələ siz deyən rahatlığı tapmamışam. Bilirsiniz, Narınc xanım, indiki şou-biznesdə rahatlıq tapmaq cox çətindir. Əfsuslar olsun k,i bu belədir. Bütün vaxtını,bütün gücünü sərf edirsən,yeri gələndə maddiyyat tərəfdən də köməklik edirsən,amma bunun qarşılığını ala bilmirsən.

-Azərbaycan muğənnilərindən hansı muğənni sizin arzunuz olub, yəni demisiniz ki, mən bunun prodüsseri olardım?

-Azərbaycan şou- biznesində bəzilərini çıxmaq şərti ilə çoxu olub . Amma ən əsas Röya xanım və Xumar xanım Qədimova . Bax, bu iki xanım mənim arzumdur

-Şou-biznesdə size sarsıdan hansısa hadisə olubmu ? Heç demisiniz ki, heyf mənim əziyyətimdən

-Bəli, çox təəssüf ki , bu bir dəfə yox , dəfələrlə olub. Günlərlə özümə gəlməmişəm, sonra düşunmüşəm ki, Allahın yaratdıgı hər canlı, insan ola bilməz, və bu məni rahatladıb

-Şəxsi həyatınızdan danışa bilərsinizmi , sevgiliniz var?

-Şəxsi həyatımda hər şey öz qaydasındadır. Bəli sevgilim var və bu illərin sevgisidi. Adı isə sirrdi, deyə bilmərəm. ,Gərək məni bagışlayasınız

-Həyatınızda bəs sizə dəstək olan varmı

-Xeyr, mən öz işimi həmişə özüm görmüşəm və həmişə Allahıma sığınmışam.

-Sizin Azərbaycan şou-biznesində aranızın dəydiyi mügənnilər olub?

-Bəli, müğənnilər və aparıcılar olub

-Elvin haqqında nə danışa bilərsiz?

-Onu yetəri qədər reklam etdim , daha ehtiyac yoxdu. Ona görə onun haqqında danışmayacam. Çox dəstək oldum, bunu bilən bilir.

-Sayənizdə bizdə çox şeyi bildik.Indiki işiniz barədə . Humay xanım nə işlər görür?

-El şənliklərində səhnə alıram. Açılışlarda təşkilatçılıqla məşğulam, xüsusən də Moskva şəhərində toy şənliklərində təşkilat və aparıcılıqla məşğul oluram. Bundan şox məmnunam, çünki sənətimi çox sevirəm

-Gələcək planlarınızı bilmək olar?

-Təbii ki. Bildiyiniz kimi “ İlin Favoriti” adlanan mükafat verilmənin prodüsseriyəm. Bu yaxınlardaTürkiyədən serial çəkilişinə dəvət almışam. Əgər razılaşsam oktyabrda ora kontraktlar imzalamağa gedəcəm. Sentyabrda gözəl proyektlərim var . Allahımın izni ilə yaxın gələcəkdə kanalların birində aparıcı kimi özümü sınamaq istəyirəm. niyə də olmasın,buna mənim savadım , bacarığım , intelektual səviyyam , görünüşüm və istedadım var

-Eşitmişik bu yaxınlarda ad gününüzdür

-Bəli,sentyabr ayının 4-ü gözəl məkanların birində ad günümü keçirəcəm.Maraqlısı budur ki,uşaq yaşlarımda olduğu kimi hər ildə həyəcan və sevinc hissi keçirirəm.Bu il də belədir.Ümidvaram ki,hər il olduğu kimi bu ad günüm də möhtəşəm və səviyyəli olar.

-Sonda sayıtımıza arzunuz və sözünüz

-Saytınıza və rəhbərliyinizə hörmətim sonsuzdur. Sizin sayta uzun ömürlü olmasını arzulayıram. Çox sağ olun ki , məni dəvət etdiniz , sayənizdə gözəl bir gün keçirdim.

-Biz də sizə Azərbaycanda və xarici ölkələrdə iş uğurları arzulayırıq. Sağ olun ki , gəldiniz və vaxtınızı bizə ayırdınız.

Hazırladl : Vəliyeva Narınc

Fotoqraf :Vəli Paşayev

Median.Az Агенство Новостей Median.Az Агенство Новостей

41153 27.08.14 14:29

Последние публикации

Median.Az