Saakaşvilinin həyat yoldaşı namizədliyini verdi » Median.Az News Agency


Saakaşvilinin həyat yoldaşı namizədliyini verdi
Gürcüstanın "Güc birlikdədir" siyasi birliyi keçmiş prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

Median.Az
Telegraf.com-a istinadən bildirir ki, bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.

S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.

Qeyd edək ki, Zuqdidi bələdiyyəsinin meri vəzifəsi ötən ilin sentyabrında Laşa Gogianın istefasında sonra boş qalıb. Zuqdididə növbədənkənar mer seçkiləri bu ilin mayında keçiriləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          570 22.03.19 19:18