Nazir: İşğala son qoyulsa, Azərbaycan daha fəal töhfə verə biləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Nazir: İşğala son qoyulsa, Azərbaycan daha fəal töhfə verə biləcək

Azərbaycan donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış edir. Biz, ərazilərimizin 20%-nın 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxışı zamanı deyib.

“Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olmuş, beləliklə yoxsulluq səviyyəsini 49%-dən 5%-ə endirmişdir. Ən vacibi isə, həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Azərbaycan, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirməklə, onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplamışdır.

Donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin geniş miqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 383 21.03.19 11:52