Mingəçevirdə 5-ci mərtəbədən yıxılan qızdan xəbər var - Suallara cavab verir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Mingəçevirdə 5-ci mərtəbədən yıxılan qızdan xəbər var - Suallara cavab verir

"Bir qədər əvvəl Bakı şəhər 1 saylı hospitalın baş həkimi Ədalət həkim Dadaşova zəng edib Mingəçevirdə beşinci mərtəbənin balkonundan yıxılan və hospitalda müalicə olunan Səbinə Qarayevanın vəziyyətini soruşdum".

Median.Az
xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib.


Onun sözlərinə görə, Səbinənin səhhətində müsbət dəyişikliklər var: "Həkim bildirdi ki, xəstənin huşu günü-gündən daha aydın olur, gözlərin açıb, suallara aydın cavab verir.

Xəstənin müalicəsinin gedişatında müsbət dinamika var".

Xatırladaq ki, Mingəçevir rayonu, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Qarayeva yaşadığı beşmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq sağ qalmışdı. Gənc qızın yaxın vaxtlarda toyu olacaqdı.

Martın 12-nə keçən gecə xüsusi Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınan 18 yaşlı Qarayeva Səbinə Firdovsi qızı saat 21:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun xəsarətləri açıq kəllə-beyin travmasıdır, vəziyyəti isə ağır olaraq qalır.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 463 15.03.19 20:47