Sabahdan bu avtobusların hərəkət istiqaməti dəyişəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Sabahdan bu avtobusların hərəkət istiqaməti dəyişəcək

Sabahdan 206 və 211 saylı avtobusların hərəkət sxemi dəyişdiriləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı çərçivəsində Yasamal Yaşayış Kompleksində yaşayan sakinlərinin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə bir neçə marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Median.Az BNA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 16.03.2019 tarixindən 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən keçməklə hərəkət edəcək.

Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlər BNA tərəfindən həyata keçirilib. Kompleksin ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti Avropa standartlarına və ən əsası müasir şəhərsalma prinsiplərinə uyğun təmin edilib.

Tikinti obyektlərinin layihələndirilməsi zamanı nəqliyyat məsələlərinin düzgün təşkilinin zəruriliyini nəzərə alaraq BNA əməkdaşlığa hazır olduğunu bəyan edir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 413 15.03.19 18:33