Bakıda müəllimdən 3-cü sinif şagirdinə qarşı utancverici hərəkət » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakıda müəllimdən 3-cü sinif şagirdinə qarşı utancverici hərəkət

20 nömrəli məktəb-liseyin müəllimi şagirdinə psixoloji zorakılıq etməkdə ittiham edilir.

Median.Az
minval.info-ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən valideyn özünün və övladının başına gələn hadisədən şok keçirdiyini dilə gətirib. Belə ki, hər şey təhsil ocağında ibtidai sinif şagirdlərinə dərs keçən müəllimə alınan hədiyyədən sonra yaşanıb.

“Mənim qızım 3-cü sinif şagirdidir. Şəhərin mərkəzində yenicə təmirdən çıxmış üstü bəzək məktəblərin birində, daha dəqiq desəm 20 nömrəli məktəbdə təhsil alır. Bir çox valideynlər kimi mən də, hər bayramda kiçik-böyük, fikirləşmədən imkanımın daxilində onun sinif rəhbərinə hədiyyə verirəm. Müəllimlər Günündə, Yeni ildə və 8 Martda… Bu dəfə evdə körpə iki övladım olduğundan yoldaşımdan xahiş etdim ki, sinif rəhbəri üçün ailə büdcəmizə uyğun məbləğdə hədiyyə alsın. O, suvener qab, şokolad qutusu və məktub konvertinin içərisinə 20 azn pul qoyaraq bayram təbriki üçün Şəhla Məmmədovaya təqdim edib”.

Valideynin sözlərinə görə, müəllim hədiyyəni bəyənmədiyindən ona zəng vuraraq qəribə tərzdə narazılığını bildirib:

“İstehza dolu bir səslə: “O göndərdiyiniz qutu açılmış olub və içərisində 2-3 ədəd şokolad vardı. Mən bunu heç xadiməmə də vermərəm…” – dedi. Çox pərt oldum, duruxub qaldım. Özüm ziyalı bir ailənin qızıyam. Həkim və müəllim ailəsində böyümüşəm. Özüm də ali təhsilliyəm. Mənim tərbiyəmə və həyat baxışıma görə, hədiyyə könül sevindirmək üçün olmalıdır. Müəllimdən üzr istədim. O isə bunun qarşılığında bildirdi ki, “göndərdiyin o qabı da sinifdə uşaqlara verdim, xonça düzəldəcəklər”. Hər zaman bahalı hədiyyə verirdik, baxmayaraq ki, maddi durumumuzda çətinlik var, amma indi də haradasa 50 AZN civarında bir bayram payı etmişdik”.

Şikayətçi deyir ki, müəllim həmçinin övladına psixoloji təsirə göstərib və sinif yoldaşları arasında gülüş obyektinə çevrilməsinə səbəb olub:

“Qızım söyləyir ki, sinifə o qabı göstərib, “filankəsin aldığı qabda xonça düzəldərik” deyib. Uşaqlar da övladıma baxaraq gülüblər. Burada gülməli nə var? Qızıma da psixoloji təsir olub. Həyatımın şoklarından biri oldu”.

Məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxlanılsa da, cavab verilməyib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 898 15.03.19 14:50