Yeni Zelandiyada məscidlərə silahlı hücum: 40 ölü - YENİLƏNİB + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yeni Zelandiyada məscidlərə silahlı hücum: 40 ölü - YENİLƏNİB + VİDEO

Yeni Zelandiya baş verən qanlı terror aktından sonra ölkə polisi təhlükəsizlik məqsədilə bütün məscidləri müvəqqəti olaraq bağlamağa çağırıb.


“İndiki zamanda hücumu həyata keçirənin mümkün motivləri və ya insidentin səbəblərini müzakirə etməyəcəyik. Ölkənin bütün məscidlərinin rəhbərlərinə qapılarını bağlamağı xahiş etmişik, insanları hələlik məscidlərə baş çəkməməyi məsləhət görürük”, - deyə baş polis idarəsinin rəsmi “Twitter” hesabında yayılan məlumatda deyilir.

Cümə günü səhər saatlarında Kraystçörçün azı iki məscidinə silahlı hücum olub.

Ölkənin baş naziri Casinda Ardern terror aktı nəticəsində 40 nəfərin öldüyünü, onlarla yaralının olduğunu təsdiqləyib.

Terror aktı ilə əlaqədar artıq dörd nəfərin saxlanıldığı bildirilir.



* * * * *

Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məscidə və şəhər xəstəxanasına silahlı hücum olub.

Bu barədə “New Zeland Herald” məlumat yayıb.

Terrorçuların açdığı atəş nəticəsində 27 nəfərin həyatını itirdiyi bildirilir. Bəzi mənbələr 50-yə yaxın yaralının olduğunu yazır. İnsident vaxtı məscidlərin birində 300-ə yaxın insan ibadət edib.

Hücumlardan birini avstraliyalı ultra-sağçı, irçi fəalın həyata keçirdiyi artıq müəyyən edilib. Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Hadisə şahidlərinin dediyinə görə, atəş açan şəxslərdən biri şlemdə, hərbi gödəkçədə və eynəkdə olub, silahlı hücumu sosial şəbəkədə canlı yayımlayıb. Hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb, küçələrin giriş-çıxışları nəzarətə götürülüb. Bir nəfərin həbs olunduğu bildirilsə də, həmin şəxsin terrorçu olub-olmadığı açıqlanmır.

Ölkənin baş naziri Casinda Ardern baş verən insidentin terror aktı olduğunu bildirib və “ölkə tarixinin ən qara günlərindən biri” kimi qələmə verib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 387 15.03.19 11:34