Azərbaycan Prezidenti Bolqarıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan Prezidenti Bolqarıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

Median.Az
xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirib. Dövlət başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini deyib. Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd edib. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğulayıb. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlət başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirib.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 305 14.03.19 20:30