Ayselin dağıtdığı iddia olunan ailə münaqişəsinin detalları » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ayselin dağıtdığı iddia olunan ailə münaqişəsinin detalları

Müğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarlar icra olunmadığını iddia edən iş adamı Nəcəfov Elçin Oruc oğlunun keçmiş həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi müvafiq qurumlara müraciət edib.

Median.Az
xəbər verir ki, E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova "Qafqazinfo” ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də‚ icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.

Azərbaycan SSRİ Ali Sovetinin keçmiş deputatı, Frunze kalxozunun sədri işləmiş M.Nəcəfova qeyd edib ki, 2 ildən çoxdur nəvəsi Turanə və kürəkəni Elçin ayrılıblar: "Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi bizə verməyib. İndi çalışırlar ki, Zeynəbin 10 yaşı olana kimi prosesi uzatsınlar‚ sonra da uşağı öyrədib atasında saxlasınlar. Çünki biz 2 ildir Zeynəbi görmürük, onu öyrədirlər, qorxudurlar, amma biz bilmirik. Nəticəmin taleyindən narahatam. Lakin Nərimanov rayon məhkəmə icraçıları nəticəm Nəcəfova Zeynəbi atasından alıb anası Nəcəfova Turanə Mətləb qızına təqdim etmirlər, öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırırlar”.

Cütlük boşanma üçün 2 il əvvəl məhkəməyə müraciət etsə də, mülk məsələsinə görə proses uzanıb və hələ qərar verilməyib.

Məlumata görə, iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery” avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 704 14.03.19 17:06