FTB Hollivud aktyorlarının övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstəni ifşa edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

FTB Hollivud aktyorlarının övladlarını rüşvətlə ali məktəblərə düzəldən dəstəni ifşa edib

ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və başqa imkanlı şəxslərin övladlarını müvafiq pul ödənişi müqabilində ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib.

Median.Az
report-a istinadən xəbər verir ki, “Deutsche Welle” bildirir ki, 50 nəfərə qarşı ittiham irəli sürülüb və onların bir qismi barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffman böyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb.

Başqa bir üsul da tətbiq edilib. Məsələn, aktrisa Lori Laflin iki qızını saxta idmançı sənədləri tərtib etməklə akademik avarçəkmə komandasının üzvü qismində Cənubi Kaliforniya Universitetinə düzəltdirmək üçün 500 min dollar rüşvət verməkdə şübhəli bilinir.

Dəstənin başçısı Uilyam Singer törətdiklərini etiraf edərək istintaqla əməkdaşlıq etməyə razılıq verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 876 13.03.19 19:19