Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 8-ci km. qəsəbəsindəki mağazadan 75 manat pul və 2300 manat dəyərində tütün məmulatları oğurlayan Gədəbəy rayon sakini Y.Həmzəyev, əvvəllər məhkum olunmuşlar - Qəbələ rayon sakini H.Yusibov, Xaçmaz rayon sakinləri F.Nurməmmədov və T.Muxtarov saxlanılıblar.
Faktla əlaqədar CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə istintaq aparılır.