Vatikanlı kardinala altı il həbs - Azyaşlı qızlara təcavüz edirmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |    

Vatikanlı kardinala altı il həbs - Azyaşlı qızlara təcavüz edirmiş

Vatikanın iqtisadiyyat katibliyinin keçmiş perfekti kardinal Corc Pell azyaşlılara qarşı seksual xarakterli zorakılığa görə altı il müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda SBC News məlumat yayıb.

Pell 1996-2001-ci illərdə Melburnun kilsə xoruna üzv olan 13 yaşlı iki qıza qarşı cinsi istismarda təqsirli bilinir. 77 yaşlı kardinalın işinə Melburn məhkəməsi baxıb.

Məhkəmə iclasının gedişi Avstraliya telekanalında canlı yayımlanıb. Hakim Piter Kidd altı illik həbs cəzası haqda qərarı səsləndirəndən sonra ona “Zərərçəkənlər sizə etibar edirdi, siz isə öz statusunuzdan və bu etibardan sui-istifadə etdiniz” deyə müraciət edib.

Pell azyaşlıların istismarı ilə bağlı mühakimə olunmuş ən yüksək vəzifəli katolik kilsə nümayəndəsi sayılır.

Kardinalın iyun ayına kimi qərardan yuxarı instansiya məhkəməsinə şikayət etmək haqqı var. Apellyasiya şikayəti təmin olunmasa, onun yalnız üç il səkkiz ay həbs cəzası çəkdikdən sonra şərti azad edilməsi ilə bağlı ərizəsinə baxıla bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 212 13.03.19 12:37