Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə - heroin, yaşadığı evdən isə əlavə 6 kq. 100 qram marixuana aşkar edilib.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.