Mehriban Əliyeva Fransanın birinci xanımı ilə görüşdü - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |    

Mehriban Əliyeva Fransanın birinci xanımı ilə görüşdü - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub.

Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

* * * * *

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.


Bu barədə AZƏRTAC məlumat yayıb.

Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib.

Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövlərlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizı səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

* * * * *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.


Bu barədə AZƏRTAC məlumat yayıb.

Fransa Senatının sədri Jerar Larşe Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlərlə görüşüb. Sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larşenin görüşü olub.

Jerar Larşe ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində böyük xidmətlərinin olduğunu vurğulayıb.

Azərbaycanda qadınlara səsvermə hüququnun hələ Fransadan əvvəl verildiyini diqqətə çatdırıb. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb.

Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu deyib və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzalayıb.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 936 12.03.19 17:35