Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

Cəlilabadda 10 yaşlı uşağa iynə vurulandan sonra vəziyyəti ağırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə mart ayının 6-da rayonun Qarazəncir kəndində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Elnar Mustafayev mərkəzi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Meyitə baxış zamanı sağ və sol sağrı nahiyəsində nöqtə şəkilli ətrafları qansızmalı ineksiya yerlərindən başqa xəsarət aşkar olunmayıb.

Məlum olub ki, anası Əfsanə Cəfərova xəstə övladını müalicə etdirmək üçün əczaçılıq məktəbini bitirmiş, hazırda rəsmi olaraq işləməyən kənd sakini Sevda Xəlilovanın evinə aparıb. Əczaçı Elnarı müayinə edərək boğaz nahiyəsinə pambıqla “liqol” dərmanı sürtüb, seftriaksion” iynəsi ilə prob qoyub. Daha sonra xəstənin halı pisləşdiyi üçün 0,5 qram “deksametazon” iynəsi vurub. Huşsuz vəziyyətə düşən uşaq rayon mərkəzi xəstəxanasına aparılan zaman ölüb.

Cəlilabad Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 362 12.03.19 12:53