Problemli kreditlərin həcmi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |    

Problemli kreditlərin həcmi açıqlandı

2019-cu il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.

Ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi yanvar ayında 1,04% azalıb və 12 mlrd. 884,7 mln. manata düşüb.

Kreditlərin 2 mlrd. 62,4 mln. manatı dövlət payına malik olan banklar tərəfindən verilib və bu bankların kredit portfelindəki azalma 1,7% təşkil edir.

Kommersiya banklarının kredit portfelinin həcmi isə 10 mlrd. 478,6 mln. manatdır və burada azalma 0,5%-dir. Qalan kredit məbləği isə bank olmayan kredit təşkilatlarının payına düşür.

2019-cu il fevralın 1-nə kreditlərin ümumi həcminin 8 mlrd. 63,6 mln. manatı milli valyuta, 4 mlrd. 821,1 mln. manatı xarici valyuta ilə verilib. Ümumilikdə xarici valyutada kreditlərin xüsusi çəkisi 37,4% təşkil edir.

Kreditlərin strukturuna baxsaq, 5 mlrd. 306,3 mln. manat (41,2%) həcm ilə ev təsərrüfatı sahələri öndədir. Bu isə o deməkdir ki, istehlak kreditləri üzrə portfel yenə də şişir.

Bundan sonra ticarət və xidmət sahələri, rabitə texnologiyalrına kredit qoyuluşları daha çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 937 11.03.19 11:55