"Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm" - Ramil Şeydayev » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |    

"Ümidvaram ki, qollar vurmağa davam edəcəyəm" - Ramil Şeydayev

"Ümidvaram ki, havaya girmişəm və qollar vurmağa davam edəcəyəm. Bu gün qol vurduğum və komanda qalib gəldiyi üçün şadam. İndi turnir baxımından bizə asan olacaq, komandada isə özünə əminlik yaranıb. İki oyuna 4 xal toplamışıq. Bundan sonrası daha yaxşı olacaq".

Median.Az
"Report"a istinadən bildirir ki, bunu "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Yenisey" üzərində 4:0 hesabı ilə qələbə qazandıqları Rusiya Premyer Liqasının XIX tur matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

23 yaşlı hücumçu vurduğu 4-cü qol barədə danışıb:

"Top çönərək mənə gəldi və qol vurdum. Əlbəttə, komanda yoldaşım məndən əvvəl vura bilərdi. Amma futbolda hər şey olur".

Şeydayev ötən tur Moskva "Lokomotiv"i ilə səfər matçında da qol vurduğu halda, bugünkü qarşılaşmada ehtiyatda qalmasından üzüntü duymadığını söyləyib:

"Bu, baş məşqçimiz Miodraq Bojoviçin qərarıdır. Hörmətlə yanaşmaq və ən əsası, əhvalı pozmadan işləməyə davam etmək lazımdır".

Gənc forvard "Krılya Sovetov"da daxili ab-havanın müsbət olduğunu da vurğulayıb. Onun sözlərinə görə, meydanda baş verənlər paltardəyişmə otağına da sirayət edir:

"Bizim komandada yaxşı ab-hava var, biz yaxşı oyun sərgiləyirik".

Şeydayev bu qələbədən sonra 8-ci pilləyə yüksələn "Krılya Sovetov"un mövqeyini qoruyub-qorumamasının gələcək oyunlardan asılı olacağını da əlavə edib:

"Baxacağıq. Bizə oyundan-oyuna irəli getmək lazımdır. Artıq qış fasiləsindən sonra 4 xal qazanmışıq. İndi isə "Anji"ni udmalıyıq. Biz hər bir oyunda qalib gəlməliyik. Mövsümün sonunda isə "8-liy"ə düşüb-düşmədiyimizə baxacağıq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 617 09.03.19 22:56