Azərbaycanda kran suyu içməli deyil? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Azərbaycanda kran suyu içməli deyil?

Ötən gün ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik kran suyunun təhlükəli olduğu ölkələrin siyahısını dərc edib. Siyahıya Azərbaycan da daxil edilib.

Oxu.az məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında deyib ki, əhaliyə verilən içməli suyun heç bir təhlükəsi yoxdur:

“Bizim əhaliyə verdiyimiz su standartlara tam uyğundur və içməyə yararlıdır”.

Daha əvvəl isə ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında da araşdırmalar aparıldığına dair məlumat yayılmışdı.

Nəticələrə görə isə içməli suyun tərkibində olan bütün göstəricilər norma daxilində və təhlükəsizdir.

Qeyd edək ki, dünya mətbuatında yayımlanan araşdırma nəticələrində Estoniya istisna olmaqla, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələrində kran suyunun çirkliliyi göstərilməyib, sadəcə bu suların içməli olmadığı qeyd edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 601 09.03.19 13:51