Hitlerin dəfinələrinin yeri məlum oldu - Masonlar yarım əsr gizlədib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Hitlerin dəfinələrinin yeri məlum oldu - Masonlar yarım əsr gizlədib

Almaniyada Üçüncü Reyx zabiti Eqon Ollehauerin şəxsi gündəliyi dərc olunub. Sözügedən gündəlikdə dəfinələrin olduğu yerlər barədə qeydlər var.

Bu haqda Daily Mail məlumat yayıb.

Gündəlikdə yer alan yazılara görə, faşist lideri Adolf Hitler qoşunları Polşadan geri çəkən zaman qızıl külçələri, sənət əsərlərini və digər qiymətli əşyaları gizlətməyi əmr edib. Bu qiymətli əşyalar 260 yük maşınına yüklənərək, adıçəkilən ölkənin 11 müxtəlif nöqtəsində gizlədilib.

Dəfinələrdə 28 tona yaxın qızıl, zinət əşyası, medallar, dini xarakterli qiymətli əşyalar, 47 rəsm əsəri yer alır. İddiaya görə həmin tablolar arasında Botiçelli, Rubens, Karvaco, Mone, Rafael və Rembrant kimi görkəmli rəssamların şedevr əsərləri var

Sirləri üzə çıxaran gündəlik onillər ərzində Almaniyanın Kvedlinburq şəhərinin masson lojasında saxlanılıb, sonradan Schlesische Brücke fonduna ötürülüb. Mason şöbəsinin tələbi əsasında gündəlikdəki qeydlər gizli saxlanılıb. Belə ki, massonlar həmin hadisələrlə əlaqəli insanların, xüsusilə bütün “Vaffen SS” əməkdaşları ölməyənə qədər gündəliyin ictimailəşməsinə icazə vermirdi.

Hazırda fond gündəlikdə qeyd olunan yerlərdə Üçüncü Reyxin dəfinələrinin axtarışını aparır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 548 09.03.19 13:26