Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? - Nazirlik açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? - Nazirlik açıqladı

Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi azalmağa doğru gedir.

Bunu oxu.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədə qriplə bağlı son vəziyyət barədə danışan zaman bildirib.

Onun sözlərinə görə, tək-tək hallarda laborator müayinələr götürülüb:

“Hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Tək-tək hallarda qrip virusu aşkar edilir, müayinə olunur. Mövsümi qrip virusları var. Ötən həftə ərzində cəmi beş xəstədə qrip virusu aşkar edilib. Əsasən, kəskin respirator viruslarda azalma qeydə alınır. Yəni xəstəlik epidemioloji həddi keçməyib”.

“Virus infeksiyaları yaxın zamanlarda tam azalacaq və yox səviyyəsinə enəcək. Müayinə olunanlar arasında H1N1 virusu qeydə alınmayıb”, - deyə nazirlik rəsmisi qeyd edib.

Respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, ölkə üzrə yalnız 16 nəfərdə kəskin respirator virusu aşkar edilib:

“Ağır xəstə olmadığı üçün onlardan götürülən nümunələr laboratoriyaya göndərilməyib. Xəstəxanaya müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər. İndiki dövrdə qrip virusu nəzərə çarpacaq dərəcədə azalıb. Havalar isti olan kimi bu virus kəskin azalacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 788 06.03.19 17:16