ARDNF açıqlama yayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |    

ARDNF açıqlama yayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, açıqlamada bildirilir ki, bir sıra kütləvi informasiya vasitələrində investisiya idarəetmə sahəsində heç bir təcrübəyə malik olmayan, qlobal maliyyə bazarlarındakı son trendləri izləməyən və səhm bazarlarındakı mövcud vəziyyəti araşdırmayan, suveren fondların investisiya fəaliyyətinin necə reallaşdırıldığı, onların investisiya fəaliyyətlərinin nəticələri və ümumiyyətlə, portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi və buna səbəb olaraq Fondun vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində investisiya portfelinin gəlirliliyinin az olması barədə səsləndirilən əsassız fikirlər yer almaqdadır.

Vurğulanır ki, hər ilin sonunda ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi və auditi aparılır və bütün bu məlumatlar yalnız qeyd olunan proseslər yekunlaşdıqdan sonra açıqlana bilər. Eyni zamanda ARDNF-in fəaliyyəti barədə Fondun İcraçı direktorunun müsahibə və çıxışları zamanı gəlirliliyin az olmasına birbaşa təsir edən amillər və bunun hansı səbəblərdən qaynaqlandığı barədə məlumatlar ictimaiyyətə açıqlanıb.

Qeyd olunur ki, 2018-ci il beynəlxalq səhm bazarları üçün çox çətin il olub. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq, sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınıb. "Brexit" ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərib.

2018-ci ildə səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Misal üçün, 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi - 6,1 faiz, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət, əlbəttə ki, digər investorlar kimi ARDNF-in də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub.

"Bir daha qeyd etmək istərdik ki, ARDNF-in əsas missiyası neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsidir. Neft Fondunun investisiya portfelində səhm, daşınmaz əmlak, qızıl kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır. Səhmlərin portfeldə optimal həcmdə yer alması ARDNF-in vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da, öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir", - deyə açıqlamada bildirilir.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 068 05.03.19 21:00