Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır. » Median.Az Агентство новостей

Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov - 1986-cı il aprelin 4-ündə Bakı şəhərində anadan olmuşam, ali təhsilliyəm və subayam.

-Sizi kim kəşf etdi?

-Mən uşaqlıqdan çox zarafatcıl, deyib-gülən olmuşam. Həmişə məni tanıyanlar deyirdi ki, sən aktyor olmalısan. Hamı məndə bu istedadı görürdü. Bir gün mən anamla Azərbaycanın məşhur aktyoru, hamının sevimlisi, böyük incəsənət xadimi və nəhayət xalq artisti olan dayım Yaşar Nurigilə getmişdim. Dayımı o qədər güldürdüm ki, gözlərindən yaş gəldi və o da mənə aktyor olmağı məsləhət gördü. Mən öncə İncəsənət Gimnaziyasının aktyorluq fakultəsini, sonra isə İncəsənət Universitetinin musiqili komediya fakultəsini bitirdim. Təbii ki, ölməz sənətkarımız İlham Namiq Kamaldan dərs aldım. 2006-cı ildə Tahir İmanov 30-40 nəfərlik musabiqədə məni seçdi və mən 4 il “Parni iz Baku” komandasında aktyorluq etdim. Sonra mən “ Bozbash Pictures” proyektində rol aldım. 2011-ci ildə bozbashda fasilə oldu və sonra yenə də öz fəaliyyətimizə davam etdik. Hal- hazırda “Bozbash Pictures” yay tətilindədir,sentyabrdan yenə efirlərə qayıdacaq. Ha- hazırda” Bozbash Pictures” komandası film cəkir, inşallah uğurlu alınar. Mən bu arada 2014-cü ildə “Bacanaqlar” serialında aktyor kimi rol aldım və İsmayıl obrazını canlandırdım.

-Siz Azərbaycan və xarici ölkələrdə çəklişlər aparmısınız, bu barədə zəhmət olmasa

-Bəli 35 rayon, 45 xarici ölkədə olmuşuq və hər yerdə çox səmimi qarşılanmışıq.

-35 rayonda cəklişlər aparmısınız, ən yadda qalanı olubmu?

-Hamısı gözəl, yadda qalan olub. Amma Qəbələ və Göyçay mənə ən çox yadda qalan və maraqlı olub.

-Bu qədər məhşurlaşandan sonra bozbaş adını dəyişmək komandanız tərəfindən fikir kimi deyilibmi və bir də sizə bozbaş kimi müraciət edəndə pis hisslər baş qaldırıbmı?

-Yox. Biz elə o adla məşhurlaşmışıq və bizə çox xoşdur. Bizim rolumuzun gözəl alınması komandamızda olan hər bir kəsin bir-birinə qardaş kimi bağlı olmasıdır. İkinci suala gəldikdə isə, bəli, olub. Bəzən elə bozbaş deyə müraciət ediblər ki, mənim baxışlarım belə dəyişib və öz səhvlərini başa düşüb üzr istəyiblər.

-Komediya ustalarından Rafayel və Coşqun , bu adlara münasibətiniz

-Çox yaxşı münasibətim var, ikisini də çox istəyirəm. Böyük həvəslə cıxışlarını izləyirəm və gülürəm.

-Ən böyük arzunuz varmı?

-Arzular tükənməzdir. Amma ən boyük arzularımdan biri ciddi rol oynamaqdır və mən əminəm ki, bu məndə uğurlu alınar.

-Sənətdə ən yaxın dostunuz?

-Rüfət Axundov və bozbaşın bütün aktyorları.

-Siz öz uğurlarınızın qarşılığını ala bilirsinizmi?

-Əziyyətimiz olub, amma indi şükür. Həm efir uğurlarımız var, həm də Azərbaycanda və Rusiyada el şənliklərinə dəvət alırıq.

- Dünya və Azərbaycan ulduzlarından kimə pərəstiş edirsiniz?

-Cimm Kerri, Mister Bin və təbii ki Yaşar Nuri

-Azərbaycandan başqa harda yaşaya bilərsiniz?

-Dubayda. Həm müsəlman ölkəsi olduğu üçün, həm də biznes üçün

-Bu qədər məşhurlaşmısınız , ulduz xəstəliyinə tutulmamısınız ki?

-Xeyr ,qətiyyən. Məni tanıyan hamı bunu bilir.

-Yeni planlarınız

-Kanalların birində sou -proqramı planlaşdırıram .Hələ müzakirələr gedir

-Şəxsi həyatınız baradə

-Sevgilim yoxdu. Amma gələn il mütləq evlilik istəyirəm və mənim üçün ailə də önəmlidir. Sənətin də , ailənin də öz yeri var.

-Saytımıza sözünüz, arzunuz?

-Mənim üçün həqiqətən çox maraqlı və ürəkaçan oldu . Həmişə belə gülərüz olun və sizə uğurlar arzulayıram.

-Biz də sizə ən böyük nəaliyyətlər ,xoş anlar, həmişə belə sadə və intelektual səviyyəli olmagınızı arzulayırıq.


Hazırladı: Narınc Vəliyeva

Fotograf Vəli Paşayev


Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Nicat Rəhimov : Ən böyük arzum ciddi rolda yer almaqdır.
Median.Az Агенство Новостей Median.Az Агенство Новостей






31860 25.08.14 13:37

Последние публикации

 
Median.Az