Leyla Əliyeva Bakıda uşaq evində - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Leyla Əliyeva Bakıda uşaq evində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayonundakı 2 saylı uşaq evində olub.

Fonddan verilən məlumata görə, əvvəlcə Leyla Əliyeva uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış oldu.

İdman meydançası Heydər Əliyev Fondunun təşəbbüsü və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilib. Burada müxtəlif idman qurğuları quraşdırılıb, azyaşlılar üçün futbol və basketbol meydançası yenidən yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi.

Leyla Əliyeva Xocalı soyqırımına həsr olunan bədii kompozisiyanı izlədi.

Tədbirdə iştirak edən Çinin Azərbaycandakı səfiri Vey Cinhua ölkəsində və Azərbaycanda uşaqlara, xüsusən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olanlara yüksək diqqət göstərdiklərini bildirdi.

“Uşaqlar ölkənin gələcəyi, millətin ümidləridir. Biz 2 saylı uşaqlar evində yaradılan yüksək şəraitə, təhsil avadanlığına və güclü müəllim heyətinə görə ürəkdən şadıq.

Buradakı uşaqlar bütün lazımi vasitələrlə, böyük qayğı ilə əhatə ediliblər. Bu uşaqlar ata-anaları ilə bir yerdə olmasalar da, yenə xoşbəxtdirlər.

Çünki onlar hər cür qayğı ilə əhatə olunublar”, – deyən diplomat diqqətə çatdırıb ki, bu, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın uşaqların sağlam və savadlı böyüməsinə göstərdiyi diqqətin təzahürüdür.

Səfir uşaqlara xoşbəxt həyat, güclü və sağlam böyüyərək qabiliyyətli şəxslər kimi yetişməyi, gələcəkdə onların da Çin-Azərbaycan dostluğuna töhfə vermələrini arzulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər qonaqlar uşaq evinin sakinlərinin Xocalı soyqırımının 27-ci ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə də tanış oldular. Uşaqlar öz əsərləri barədə məlumat verdilər.

Qeyd edək ki, uşaq evlərinin sakinlərinin qayğılarını, burada onlar üçün yaradılmış şəraiti daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 saylı uşaq evi üçün 2016-cı ildə Zirə qəsəbəsində “Dalğa” yay düşərgəsi də inşa olunub.



















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 776 27.02.19 12:38