Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:13 İmişlidə qəza: Xəsarət alanlar var  |     22:48 Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub  |     22:40 Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib  |     22:33 Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb  |     22:26 Hər gün duş qəbul etsək nə olar?  |     22:15 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi  |     22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |    

Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi?

Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırmaq çox mürəkkəb məsələdir.

Median.Az
bildirir ki, bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir:

"Bu xətlər üzrə stansiyaların konstruksiyaları, texniki imkanları həmin metodun tətbiqinə hazırda imkan vermir. Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda da bunun tətbiqi nəzərdə tutulmayıb. Bu xətdə də stansiyalar açıq tipli olacaq. Lakin gələcəkdə Mavi və Sarı xətlərin tikintisində ən yüksək texnologiyalardan istifadə olunacaq. Bu xətlərdə qatarların avtomatik hərəkəti nəzərdə tutularsa, onda həmin sistemin də tətbiqi mümkün olacaq. Yalnız gələcəkdə maşinistsiz idarəetmə nəzərdə tutularsa, bu sistemlərin də əvvəlcədən quraşdırılması özünü doğrulda bilər".

Ə.Osmanov vurğulayıb ki, qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq: "Ümumən, məsələnin həm qatarlar, həm stansiyalar, həm də sistemlərin tətbiqi baxımından bir sıra digər mürəkkəb texniki cəhətləri var".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 175 22.02.19 20:56