Məşhur idmançı qayınatasını niyə döyüb? - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Məşhur idmançı qayınatasını niyə döyüb? - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə E.Məcidov ifadə verərək ailəsinin dağılmasında qayınanasını günahlandırıb.

Daha sonra boşanmalarından və uşaqları ona göstərməməkdən, görüşmələrinə icazə verməməklərindən danışıb: "Axırıncı dəfə uşaqlarla icra şöbəsində görüşməyə razılaşdıq, qayınanam və qayınatam da gəlmişdi. Otaqdan çıxıb, uşaqlarımla söhbət eləməyimə imkan vermirdilər. Uşaqları mənə qarşı öyrədirdilər. Orada oğlum mənə dedi ki, sən yaxşı ata idin, sonra pis ata oldun. Dedim axı niyə? Nə qədər ki, siz mənim yanımda idiniz, mən yaxşı ata idim. Sonra biz bir-birimizdən ayrı düşdük, sən məni pis ata kimi görürsən. Qayınatam həmin vaxt uşaqların yanında məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Yenə başladı təhqiramiz ifadələr deməyə. Bu kişi mənə əl atdı, əlini tutdum, sifətinə bir neçə zərbə vurdum, qaldı yerdə. Məndə beşbarmaq olmayıb. İstəsəydim, ona elə zərbə vurardım, bir daha qalxa bilməzdi. Mənim ayağımdan tutub, itələməyə başladı. Orada stullara dəydim, sol ayağım zədələndi, şalvarım cırıldı. Mən arxası üstə qapıya dəydim, qapı açıldı. Vüqargil gördülər, ayağımdan dartırdı. Məni ayırdılar, bir otağa gətirdilər. Mən beşbarmağı corabda necə saxlaya bilərəm axı. İstintaq düzgün aparılmayıb.

Kifayət qədər ağır maddələrdi. Əvvəla, beşbarmaq olmayıb. Orada xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmadan söhbət gedə bilməz. Bizim aramızda mübahisə olub, planlaşdırılmış şəkildə gedib onu vurmamışam. Onun hərəkətlərinin nəticəsində bunu vurmuşam.

Hadisədən sonra oranı tərk etməmişəm. Nəzarətçi polisin yanında bir boş otaq vardı, orada oturtdular. Mən bir saniyə belə o binanı tərk eləməmişəm. Beşbarmaq olsaydı, orada olardı. Axıra qədər də yanımda adam olub".

Proses fevralın 26-da davam etdiriləcək.

Qeyd edək ki, E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 464 22.02.19 20:44