Ailə münaqişəsi zamanı üzü yanan 2 yaşlı körpənin ürək dağlayan - Son GÖRÜNTÜLƏRİ (VİDEO 16+) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ailə münaqişəsi zamanı üzü yanan 2 yaşlı körpənin ürək dağlayan - Son GÖRÜNTÜLƏRİ (VİDEO 16+)

Bakıda münaqişəli ailədə doğulan 2 yaşlı körpə əməliyyat üçün dünən axşamdan İstanbula aparılıb.

Azxeber.com-un əldə etdiyi məlumata görə, azyaşlının efirdə yayımlanan görüntülərindən sonra Heydər Əliyev Fondu işə qarışıb və o gecə saatlarında İstanbula göndərilib.


"Healthis" səhiyyə şirkətinin rəhbəri Sənan Quliyevin portalımıza verdiyi məlumata görə, körpə hazırda Bağcılar Yanıq Xəstəxanasında Prof Dr Mehmet Bozkurt tərəfindən müalicə edilir.

Qeyd edək ki Bakıda münaqişəli ailədə doğulan 2 yaşlı körpə elə ailə münaqişəsinin qurbanı olub. Uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir.

Belə ki, körpənin ağır vəziyyətdə olduğuna baxmayaraq ata uşağın müalicə üçün ölkədən çıxarılmasına icazə verməyib. Daha dəqiq desək, nənə öz oğlunu lazım olan sənədə imza atmağa qoymayıb. Məhz bu nüans hadisəyə belə qiymət verilməsinə əsas yaradır. Hər halda uşağın sağ qalmasını istəyən ata və nənə belə addım atmazdı.

Xatırladaq ki, ağır vəziyyətdə olan körpənin müalicəsinə tələb olunan vəsaitin bir hissəsi ( 21 min dollar - təxminən 30 min manat) "Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva-Kərimovanın səyi nəticəsində toplanıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 541 22.02.19 14:41