Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində, Gəncədə - “Yeni qəsəbə 2” adlı yaşayış məntəqəsində məskunlaşan, Xocalı rayonundan olan məcburi köçkünlər tibbi müayinələrdən keçirilib.
Məcburi köçkünlərin yaşadığı “Yeni qəsəbə-2” yaşayış məntəqəsində tibbi müayinələrin aparılması üçün Gəncənin xəstəxana və poliklinikalarından həkim briqadaları səfərbər edilib. Tibbi-profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə, elektrokardioqrafik və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edilib.
Qeyd edək ki, qəsəbədə 2500 nəfərdən çox sakin yaşayır. Onlardan 1148 nəfəri Xocalı rayonundan olan məcburi köçkünlərdir. Qəsəbə sakinlərinin 512 nəfəri uşaqlardır.